İsraildə 88 yaşlı vətəndaşın koronavirusdan ölməsi ilə xəstəlikdən ilk ölüm halı qeydə alınıb.
Medicina.az xəbər verir ki, bu barədə İsrailin Səhiyyə Nazirliyi açıqlama verib. Pasientin "Covid-19"dan başqa bir sıra xroniki xəstəliklərdən də əziyyət çəkdiyi məlum olub.
Qeyd edək ki, İsraildə ümumilikdə 705 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.