İsraildə Qərbi Nil qızdırmasından ölənlərin sayı artıb.
Medicina.az xəbər verir ki, mayın əvvəlindən bu günə qədər ölkədə 153 nəfərdə bu xəstəlik aşkarlanıb, 11 nəfər ölüb.
Ölkənin Səhiyyə Nazirliyindən bildirilib ki, yoluxanların əksəriyyəti mərkəzi hissədə yaşayanlardır.
Qeyd edək ki, infeksiyanın əsas daşıyıcıları ağcaqanadlardır. Yoluxanların əksəriyyətində xəstəliyin heç bir əlaməti müşahidə olunmur. Təxminən 19 faiz halda qızdırma, halsızlıq və baş ağrıları və digər şiddətli simptomlar yaranır. Xəstələrin yalnız 1 faizində ciddi nevroloji ağırlaşmalar baş verir və onların ölümü ilə nəticələnir.
Aysel