İsraildə koronavirusdan sağalan insanlar da peyvənd olunacaq.
Medicina.az xəbər verir ki, səhiyyə nazirliyinin açıqlamasına görə, COVID-19-u 3 ay və çox müddətdə keçirib sağalan insanlar sabahdan etibarən vaksin olunacaq. Bu insanlara xəstəliyə yoluxmayanların əksinə olaraq, tək doza vaksin vurulacağı bildirildi.
Təxminən 9,3 milyon nüfuza sahib İsraildə 4 milyon 745 min 665 nəfərə peyvəndin ilk dozu, 3 milyon 399 min 367 nəfərə isə ikinci dozası vurulub.