Dördüncü doza vaksindən sonra antitellər 5 dəfə yüksəlir, bununla da qoruyuculuq artır.
Medicina.az xəbər verir ki, bunu İsrailin baş naziri Naftali Bennet deyib.
“Mən çox sevincliyəm, dördüncü dozanın tətbiqindən sonra 1 həftə ərzində qanda antitellər 5 dəfə artır. Bu barədə ilkin tədqiqatlar başa çatdı. Dördüncü doza da insanlar üçün təhlükəsiz və uğurlu keçib”.
İlk elandan sonra sutkada 100 min vətəndaş 4-cü doza üçün növbə götürüb.
Hazırda İsraildə tibb işçiləri, yaşı 60-dan yuxarı olanlar 4-cü doza üzrə vaksin olunur.