Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İsrail yenidən maskaya QAYIDIR

  • 2021.06.26 09:28
  • 1795 Baxış
İsrail yenidən maskaya  QAYIDIR
İsraildə bu gündən qapalı yerlərdə maska taxma məcburiyyəti yenidən tətbiq ediləcək.

Medicina.az -ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyinin açıqlamasına istinadla xəbər yayır.

Bildirilir ki, qərar koronavirusun yayılmasının artması səbəbindən verilib.

“Yoluxmanın artması ilə əlaqədar olaraq bu gün saat 12:00-dan açıq məkanlar istisna olmaqla hər yerdə maska taxma məcburiyyəti tətbiq edilir”, - deyə məlumatda qeyd olunur.

Yeddi yaşına qədər uşaqlar istisna təşkil edir. Eyni zamanda, idmanla məşğul olarkən maska taxmaq məcburiyyəti yoxdur.

Qeyd edək ki, İsraildə karantin məhdudiyyətlərinin əksəriyyəti  iyunun 1-də, maska taxmaq məcburiyyəti isə iyunun 15-də ləğv edilib.