İsrail və Fələstin koronavirus sayəsində bir araya gəlib.
Bu barədə “The Jerusalem Post” xəbər yayıb.
Bildirilir ki, koronavirusla mübarizə üçün ortaq əməliyyat qərargahının yaradılması barədə razılığa gəlinib. Razılaşmanın təfərrüatları hələ açıqlanmayıb.
“Ortaq sərhədlərimiz şübhəyə yer qoymur: virusun yayılmasının qarşısını almaq üçün sərt tədbirlər görməli və ən ali səviyyədə birlikdə çalışmalıyıq”, - deyə Fələstin tərəfinin nümayəndəsi qəzetə açıqlama verib.
Adı açıqlanmayan səlahiyyətli İsrailin Fələstin Səhiyyə Nazirliyinə artıq 200 koronavirus testi göndərdiyini təsdiqləyib. Bundan əvvəl potensial yoluxmuş ərəblər İsrail xəstəxanalarına göndərilib.
Operativ qərargahın yaradılması barədə məlumat İsrail Müdafiə Nazirliyinin nümayəndəsi tərəfindən də təsdiqlənib.