İsrailin Səhiyyə naziri Yaakov Litsman koronavirusa yoluxub.
Bu barədə “Jerusalem Times” qəzeti xəbər verib.
Litsman və onun həyat yoldaşında koronavirus aşkarlandığı və karantində olacaqları bildirilir. Nazir öz vəzifələrini evdən icra edəcək.
İsrail Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə 6092 nəfər koronavirusa yoluxub, 25 pasiyent dünyasını dəyişib.
Qeyd edək ki, indiyədək dünyada 820 mindən çox virusa yoluxma halı qeydə alınıb, 40 mindən çox pasiyent vəfat edib