İsrailin müdafiə naziri Benni Qantsın COVID-19-a yoluxub.
Medicina.az xəbər verir ki, o, bu barədə "Twitter" hesabında koronavirusa yoluxduğunu açıqlayıb.
"Koronavirusa yoluxdum. Peyvənd olunduğum üçün özümü yaxşı hiss edirəm. Bir müddət evdən işimə davam edəcəyəm. Sağlam qalın, təlimatlara əməl edin və peyvənd olun" , - deyə, o, hesabında qeyd edib.