İnstitutun direktoru Şmuel Şapira bir peyvənd prototipinin hazırlanmasında əhəmiyyətli irəliləyişə imza atdıqlarını və institutun heyvanlar üzərində sınaqlara başlamaq üçün bir model hazırladığını bildirib.
Qeyd edək ki, İsrailin Bioloji Tədqiqatlar İnstitutunun bioloji və kimyəvi silah layihələri üzərində işlədiyi güman edilir. İsrail tərəfi bunu nə təsdiq, nə də ki, təkzib edir.