İsraildə elm adamları qəribə bir epidemiya barədə xəbərdarlıq ediblər.
"Medicina" xəbər verir ki, israilli epidemioloq David Levu “Cell” jurnalında Campylobacter bakteriyalarını yayan milçəklərin epidemiya yaradacağının qaçılmaz olduğunu bildirib.
Kampilobakterioz xəstəliyi uşaqlar və yaşlıları daha çox narahat edir.
Bu epidemiyanı tətikləyən faktor isə qlobal iqlim dəyişikliyi, qış fəslinin azalması və istilərdir.
Belə havada milçəklər daha çoxalır, yaşayış yerlərinə daha çox inteqrasiya edir.
Xəstəlik ishal, qusma, qarın ağrısı və qızdırma da daxil olmaqla mədə-bağırsaq pozulması ilə başlayır. Bəzi hallarda, xüsusilə uşaqlarda və yaşlılarda, susuzlaşdırma və ciddi ağırlaşmalara səbəb ola bilər.
Milçəklər Campylobacter cinsinin bakteriyasını daşıyır, onlar qida və suya enərək insanlarda infeksiyaya səbəb olur.
Qlobal istiləşmə səbəbindən yaxın 5 ildə bu infeksiya 2 dəfə arta bilər.
Aygün Musayeva