1 iyundan etibarən İsraildə koronavirusla bağlı bütün məhdudiyyətlər demək olar ki, ləğv ediləcək.
Medicina.az axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrail Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, koronavirusa aşağı yoluxma səbəbindən belə qərar verilib.
“İsrail adi həyata qayıdır”, - deyə İsrailin səhiyyə naziri Yuli Edelşteyn də həmçinin bildirib.