Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İspanağı tez-tez yeməyin - Zəhərlənə bilərsiniz!

  • 2019.11.08 15:55
  • 2132 Baxış
İspanağı tez-tez  yeməyin -  Zəhərlənə bilərsiniz!

Araşdırmalar
zamanı məlum olub ki, ispanağın özünün birbaşa zəhərli olduğunu anlayışı
yalnışdır.


 



Medicina.azxəbər verir ki, uzun müddət solmadan saxlamaq üçün ispanaq yetişdirilərkən üzərinə
kimyəvi maddə sıxılır. Bu zaman yabanı və zəhərli otların arasında olan
ispanağın üzəırinə zəhərli maddələr
yapışa bilir. Daha sonra istifadə zamanı bu maddələr insanlara zəhərlənməsinə gətirib
çıxarır.


 



Necə təmizləməli?


 


 


Mütəxəssislər
hər göyərtini öz mövsümündə yeməyi məsləhət bilir. İspanağı istifadədən öncə  yabanı
otlardan təmizləmək lazımdır. Daha sonra yarpaqları tək-tək bol su ilə yuyulmalıdır. Bundan sonra yarım saat onu sirkəli
suda saxlamaq və yenidən yarım saat təmiz
suda saxlamaq lazımdır. Yalnız bundan sonra onurahatlıqla istehlak edə bilərsiniz.


 



Son
zamanlar tərəvəz və göyərtidən zəhərlənmələrin artdığını bildirən mütəxəssislər
bəzi tövsiyələr də verib. Onların sözlərinə görə, belə qidaları bişirib təkrar
qızdırıb yemək təhlükəlidir. Adətən artıq qalan qidaları soyuducuda saxlayır və
təzə qaldığını zənn edirik. Lakin diqqət etmək lazımdır ki, qidanı qızdırıb
lazım olan qədər götürüb, artıq qalanını dərhal soyuducuya yerləşdirmək
lazımdır. Yoxsa
isti qidaların üzərinə mikro orqanizmlər yapışır.
Yaxşı olar ki, qidaları bişirdiyiniz gün və
ya bir gün sonra istifadə edin. Növbəti gün üçün artıq qida daha çox təhlükə mənbəyidir.