İsmayıllı rayonunda üç günlük körpə ölüb.
"Medicina" xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, üç gün əvvəl rayonun Hacıhətəmli kənd sakinlərinin ailəsində dünyaya gələn körpənin halı pisləşib.
Ailə üzvləri körpəni İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Daha sonra ailə onu Bakı şəhərində yerləşən xəstəxanaların birinə aparmaq üçün yola çıxıb.
Lakin körpə rayonun Basqal kəndi ərazisi yaxınlığında keçinib.