Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İsmayıllıda ana olmağa hazırlaşan qadın öldü

  • 2019.12.05 09:30
  • 2975 Baxış
İsmayıllıda ana olmağa hazırlaşan qadın öldü
İsmayıllı rayonunda hamilə qadın dünyasını dəyişib.

Medicina.az-ın APA-ya istinadən məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Talış kəndində qeydə alınıb.
Kənd sakini, 2001-ci il təvəllüdlü İbrahimova Nərminə Arif qızı yaşadığı evin hamam otağında çimərkən qəfildən halı pisləşib və yerə yıxılıb. Ailə üzvləri onu halsız vəziyyətdə bayıra çıxararaq təcili tibbi yardım xidməti ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, N.İbrahimova bu il ailə həyatı qurub və 8 aylıq hamilə idi.

Ölümün səbəbləri ilə bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.