Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İşlənmiş qidalar da siqaret kimi satılsın! - Maraqlı təklif

  • 2024.06.27 19:09
  • 1243 Baxış
İşlənmiş qidalar da siqaret kimi satılsın!  -  Maraqlı təklif
Alimlər hökumətləri ultra emal olunmuş qidalara qarşı tədbir görməyə çağırırlar.

Medicina.az xəbər verir ki, həddindən artıq işlənmiş qidaların dünya miqyasında böyük sağlamlıq riski yaratdığını bildirən alimlərdən biri təklif də irəli sürüb.

Sao Paulo Universitetindən professor Karlos Monteyro bu həftə keçiriləcək Beynəlxalq Piylənmə Konqresində həddindən artıq işlənmiş qidaların yaratdığı riski izah edəcəyini bildirib.

Monteyro ilk dəfə "ultra işlənmiş qida" anlayışını ortaya qoyan şəxsdir. O, bütün bu qidaların tütün məmulatları kimi bəzi xəbərdarlıqlarla satılmalı olduğunu ifadə edib.

Monteyro San-Pauludakı konfransdan əvvəl “Guardian”a bunları deyib:

“Ultra emal olunmuş qidalar çoxsaylı xroniki xəstəliklərin riskini artırır. Bütün bu sağlamlıq risklərinə baxmayaraq, qlobal dünyada bu cür qidalar menyuda payını və üstünlüyünü artırır. Ultra işlənmiş qidalar bütün dünyada daha sağlam, daha az işlənmiş qidaları əvəz edir. Bu qidalar piylənmənin epidemiya kimi yayılmasına və diabet kimi pəhrizlə əlaqəli digər xroniki xəstəliklərin inkişafına kömək edir".

Xatırladaq ki, nəticələri fevral ayında dərc edilən araşdırma ultra işlənmiş qidaların ürək xəstəliyi, xərçəng və 2-ci tip diabet kimi xəstəliklərə səbəb olaraq vaxtından əvvəl ölüm riskini artırdığını ortaya qoymuşdu.


Aysel