Faydaları saymaqla bitməyən badamın təsirini daha da çoxaltmaq və bir dərman deposu halına gətirmək mümkündür. Bunun üçün sadəcə suda gözlətmək kifayətdir.
Medicina.az publika.az-a istinadən xəbər verir ki, suya qoyulduqdan sonra daha şəfalı olan badamın faydalarını təqdim edir:
1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin və mineral kompleksi baxımından daha zəngin olur.
2. Alzaymer xəstəliyinə yoluxma riskini azaldır və beyinin funksiyalarına müsbət təsir göstərir.
3. E vitamini sayəsində kalsium və xolestrol səviyyələrini balanslaşdırır.
4. İsladılmış badamda yüksək miqdarda protein olur ki, bu da ürək infarktının riskini azaldır.
5. Sümük əriməsini əngələyir və dişləri möhkəmləndirir.
6. Metabolizmi sürətləndirir və enerji artırır.
7. Vücudda zərərli maddələrin toplanmasına əngəl olur və xərçəngdən qoruyur.
8. Qan təzyiqini normallaşdırır.