Səhiyyə Nazirliyi gecə saatlarında elektrik enerjisinin verilişində yaranmış məhdudiyyətlər səbəbindən xəstəxanalarda körpələrin ölümü barədə sosial şəbəkələrdə yayılmış məlumatlara münasibət bildirib.
Medicina.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova, körpə ölümləri ilə bağlı yayılan məlumatların həqiqəti əks etdirmədiyini qeyd edib. Onun sözlərinə görə, gecə saatlarında elektrik enerjisinin verilişi dayandıqda, tibb müəssisələrində generatorlar avtomatik işə düşüb və həmin saatlarda xəstəxanalarda yüzlərlə əməliyyat icra olunub.