Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İşıqların sönməsi xəstəxanalarda çətinlik yaradıb? - RƏSMİ AÇIQLAMA

  • 2018.07.03 11:55
  • 28702 Baxış
İşıqların sönməsi xəstəxanalarda çətinlik yaradıb? -  RƏSMİ AÇIQLAMA


Mingəçevirdə yerləşən "Azərbaycan" İES-də qəzanın baş verməsi nəticəsində 1 saylı Kliniki Tibbi Mərkəzin ("Semaşko") işıqsız qalması həkimlərin işində çətinlik yaradıb.

 

Medicina.az xəbər verir ki, xəstəxanaya müraciət edən xəstələrdən yüngül xəsarət alanları 3 saylı Kliniki Tibbi Mərkəzə və Travmatoji Mərkəzə yönləndirilib.



Həkimlər məcbur olub əl fanarlarının köməkliyi ilə ilkin tibbi yardım göstərib.



Medicina.az-a açıqlama verən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Məmmədovanın sözlərinə görə, işıqların sönməsi nəticəsində generatorlar dərhal işə düşüb:



"Xəstəxanalarda heç bir problem yaranmayıb. Bununla bağlı nazirliyə şikayət daxil olmayıb".

 

 

Şəhanə Quliyeva