Beləliklə, çoxdan gözlənilən yay gəldi - məzuniyyət vaxtı, digər ölkələrə səyahət, təbiətin qoynunda dincəlmək, dəniz və hovuzda çimmək, günün altında qaralmaq... Ancaq belə bir dövrdə, müsbət və unudulmaz təəssüratların xaricində, məzuniyyətinizi poza biləcək bəzi çətinlikləri yadda saxlamaq lazımdır.
Medicina.az xəbər verir ki, onlardan biri diareyadır.
Yay aylarında diareyanın səbəbləri. Xəstəliyin ortaya çıxmasına səbəb olan viruslar, bakteriyalar və parazitlərin nəm və artan temperaturda daha asan yayıla bilir. Həmçinin, qidaların uyğun şəraitdə saxlanılmaması, daha tez xarab olması, hovuz və dəniz suyunun içilməsi, qidaların lazımi qaydada təmizlənməməsi, ya da təmiz su ilə yuyulmaması kimi bir çox əlavə təsirlər də yayda ishalın olmasına səbəb yaradır.
Buna görə də, yay aylarında diqqətli olmaq və belə xoşagəlməz faktorların mümkün mənbələrindən qaçmaq lazımdır, xəstəliyin qarşısını ala bilmədikdə isə əziyyət çəkən orqanizmə vaxtında və düzgün şəkildə yardım göstərmək lazımdır.
Həkimə getməzdən öncə nə etmək olar?
İshalın səbəbindən asılı olmayaraq ilk növbədə müəyyən pəhriz saxlanılmalıdır. Çoxlu miqdarda maye içilməlidir, çünki ishal zamanı orqanizm çoxlu maye itirir. Mikrofloranı bərpa etmək üçün probiotiklərdən istifadə olunur, çünki ishal zamanı bağırsaqların mikroflorası pozulur. Faydalı bakteriyaların (probiotiklərin) istifadəsi ishalın kəskinliyini və onun davametmə müddətini azaldır. Reseptsiz buraxılan diareyaəleyhinə dərman vasitələrinin həddən ziyadə istifadəsindən qaçmaq lazımdır. Nəzərə alın ki, diareya varsa bu o deməkdir ki, nəcis irfazının tezləşməsi yolu ilə orqanızm onu yarada biləcək səbəbləri (virus, köhnə qida və s.) xaric etməyə çalışır. Qəbul edilən diareyaəleyhinə dərman maddələri isə bu prosesi ləngidir.
İshalın qarşısını almaq mümkündürmü?
1.Yeməkdən əvvəl əllər mütləq yuyulmalıdır.
2.Uşaqların bezləri dəyişdirildikdən və ya tualetdən sonra əllər mütləq yuyulmalıdır.
3.Meyvə-tərəvəzlər təmiz su ilə yuyulmalıdır.
4.Günəş altında satılan və son istifadə tarixi keçmiş olan qidalardan qətiyyən istifadə etmək olmaz.
5.Təhlükəsizliyindən və təmizliyindən əmin olmadığınız qida məhsullarını yeməyin və suyu içməyin.
Materialda əks olunmus məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir. (trend)
Biz imodum dermani hardan ala bileriy? Tapmirig
Sevinc: İmodium al at 3 gün gundə bir ədəd Samirə: İmodium al at 3 gün gundə bir ədəd Rəşad: İmodium al at 3 gün gundə bir ədəd
Salam sizden xais edirem qarin agrisina qarsi mene guclu derman deyerdiz
Bəli men nece ede bilerem?
Salam axşamınız xeyir sizden xaiş edrem men tez tez ayaq yolna gedrem cox cetinlik cekrem xais edrem güclü derman deyerdiz isdifade ederdim bu menen keçsin getsin qurban olum sizə
Salam.Üc gün önce gece saatlarında keskin qusna ve qarln iskemesi bas verdi.Qusma günortaya qeder davam etdi ,amma ishal 3cü gündür helede davam edir . Neynemük olar.