Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İshal qalxanabənzər vəzi xəstəliyinin, qəbizlik isə xərçəngin əlaməti ola bilər – Rektal müayinə nə üçün lazımdır?

  • 2018.08.29 18:57
  • 14098 Baxış
İshal qalxanabənzər vəzi xəstəliyinin, qəbizlik isə xərçəngin əlaməti ola bilər –  Rektal müayinə nə üçün lazımdır?
 Düz bağırsağın funksiyasından orqanizmin çox problemləri aydın olur.

Medicina.az tibbdə rektal müayinənin rolu barəsində materialı təqdim edir. 


Funksiya baxımından düz bağırsaq həqiqətən də, nəcisin atıla biləcəyi uyğun vaxt gələnə qədər yığıldığı bir gözləmə salonuna oxşayır. Bağırsaq vərdişi çoxumuz üçün anadangəlmə bir haqdır: səhər, ya da axşam, nizamlı və ya nizamsız, yumşaq, yaxud sərt, necə olursa, olsun defekasiya formamıza alışırıq və bir fərq olmağa başlayarsa, həyəcan siqnalına keçirik.

 

Əksəriyyət etibarilə bunun yaxşı bir səbəbi var: həkimlər bağırsaq alışqanlığındakı fərqin altında yatan daha ciddi bir problemə işarə edilə biləcəyi ilə maraqlanırlar. İshal qalxanabənzər vəzi xəstəliyinin, qəbizlik isə xərçəngin əlaməti ola bilər; suyun üzərində üzən yağlı nəcis mədəaltı vəzidə problem olduğunu düşündürə bilər. Bir insanın ümumi sağlamlıq vəziyyəti haqqında bağırsaqlarını hansı tezlikdə boşaltdığını soruşaraq, bir çox şeyi başa düşə biləcəyimiz kimi, düz bağırsağın içinə baxaraq da çox yaxşı məlumat əldə edə bilərik. Kişilərdə prostat müayinəsi düz bağırsağa salınan (əlcəkli) barmaqla incə ön divardan prostatın hiss edilməsi yolu ilə aparılır.

 

Qadınlarda isə uşaqlıq boynu eyni yerə uyğun gəlir və bəzi qadınlarda, xüsusilə daha əvvəl heç cinsi əlaqədə olmayıbsa uşaqlıq boyunun vaginal (uşaqlıq yolu) yolla deyil, rektal yolla müayinə edilməsi daha məqbul sayılır. Əgər düz bağırsaqdan qan gəlirsə, qanın babasildənmi, anus dərisindəki yırtıqdanmı, yoxsa bir şişdənmi qaynaqlandığını müəyyən etmək üçün rektal müayinə etmək lazımdır.

 

Stand-up komediyaçıların zarafatlarında deyildiyi kimi, düz bağırsaq müayinəsi şalvarını aşağı çəkib dombalma pozasında edildiyi düşünülsə də, ən yaxşı üsul müayinə masasında böyrü üstə uzanıb dizlərini sinəyə doğru sıxmaqdır. Bu vəziyyətdə ikən nə qədər insanın üzür dilədiyini, ya da üz qızardıcı zarafatlar etdiyini bilsəniz çaşarsınız: "Güman edirəm, yeni qəlyanaltı etməmisiniz", ya da sanki düz bağırsaq çox pis bir orqanmış kimi, həkim müayinə edərkən diksinə bilirmiş kimi "Bunu etmək məcburiyyətində qaldığınız üçün gerçəkdən çox üzgünəm".

 

Bu çox anlaşıla bilən bir durumdur, əslində; kiçikliyimizdən etibarən nəcisin murdar, düz bağırsaq və anusun isə iyrənc olduğu öyrədilir bizə.