Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İshal olan hər uşağa antibiotik verilməməlidir – Həkim məsləhəti

  • 2024.07.17 17:49
  • 882 Baxış
İshal olan hər uşağa antibiotik verilməməlidir –  Həkim məsləhəti
Yayın gəlişi ilə uşaqlarda kəskin ishal halları artıb.

Medicina.az xəbər verir ki, Kayseri Şəhər Xəstəxanasında çalışan Dos. Dr. Murat Doğan ishalın müalicəsi ilə bağlı mühüm məsləhətlər verib.

O, həkim tövsiyəsi olmadan antibiotik istifadə edilməməsi barədə xəbərdarlıq edib.

“Yay aylarında ishalın səbəbləri artır. Viruslar, bakteriyalar, parazitlər, göbələklər və s. də ishala səbəb ola bilər.
Əsas qeyri-infeksion səbəblər çirklənmiş su və su məhsulları; çirklənmiş hovuz, göl və dərə suları; pasterizə olunmamış süd və süd məhsulları; pis bişmiş və yaxşı yuyulmamış tərəvəz və meyvələr; saxlama müddəti ötmüş məhsullar; açıq havada saxlanılan qida məhsullarıdır”, - deyə həkim bildirib.

O, ishal olan uşaqların 24-48 saat bol maye içmələrini, təbii qidalanmalarını və evdə dincəlmələrini tövsiyə edib.

“Ancaq bunları etməsinə baxmayaraq uşaqda qusma olarsa, yemək yemirsə, dərisi qurudursa, tüpürcək ifrazı xeyli azalıbsa, sidik ifrazı azalıbsa, qızdırması varsa, şüuru pozulubsa, çox güman ki, orqanizm susuz qalıb. Bu vəziyyətdə dərhal ən yaxınlıqdakı tibb müəssisəsinə müraciət edilməlidir”, - deyə mütəxəssis nəzərə çatdırıb.

Evdə müalicənin əhəmiyyət kəsb etdiyini bildirən həkim uşaqlara duzlu ayran, evdə hazırlanmış limonad, həmçinin banan, kartof kimi kaliumla zəngin qidaların verilməsi lazım olduğunu qeyd edib.

“Müayinələr nəticəsində əgər ishalın səbəbi bakteriyadırsa, müalicəyə antibiotik əlavə edirik, lakin ən çox səbəb qidalar və viruslar olduğu üçün həkim tövsiyəsi olmadan mümkün qədər antibiotiklərdən istifadə edilməməlidir. Antibiotiklərin həddindən artıq istifadəsi bağırsaq mukozasını pozur, ishali daha da artırır. Antibiotik tələb edən hallar daha çox davamlı qızdırma, qanlı ishal və laborator müayinələrlə üzə çıxır. Əks halda, ailə və mütəxəssis olmayan şəxslər tərəfindən verilən antibiotiklər ishalın tezliyini və müddətini daha da artırır.

Biz maye terapiyası ilə yanaşı, probiotik dediyimiz faydalı bakteriyaları ehtiva edən məhsulları və sink kimi əlavələri tövsiyə edirik”, - Murat Doğan vurğulayıb.


Aysel