Insan qarşısına məqsəd qoyarsa daha sağlam, uzunömürlü ola bilər.
“Medicina” xəbər verir ki, ABŞ Oqayo universitetinin alimləri 126 min amerikalı üzərində apardıqları tədqiqatda gündəlik piyada gəzməyin vaxtını artırmaqla ömrü uzatmağın mümkünlüyünü sübut ediblər.
Tədqiqatda iştirak edən 18-65 yaş arası insanlar hər gün nə qədər piyada yol gəzdiklərini, hardan hara daha çox piyada getdiklərini qeyd ediblər.
Daha sonra onlar işlərin arxasıyca piyada getdikdən sonra özlərini necə hiss etdiklərini və sağlamlıq vəziyyətlərini qeyd ediblər.
Nəticələr göstərib ki, istənilən məqsəd üçün- market, işə, dərsə, gəzintiyə, dayanacaqdan evə hər gün piyada gedib-gəlmək enerjini artırır, ayaqları gücləndirir, əhvalı qaldırır, ürəyi qüvvətləndirir.
Belə ki, hər əlavə 10 dəqiqəlik piyada getmək şkala üzrə müsbət hissləri 6% artırır.
Sadəcə gəzmək hava almaq zamanı piyada gəzinti işə, marketə piyada getməkdən daha az effektivdir.
Ona görə də oturaq işi olan insanlar maşın və avtobusdan minimum istifadə edib, işlərinin ardıyca piyada getməyə çalışmalıdır.
Bu vərdiş ömrü azı 100 gün uzadır.
Aygün Musayeva