İşdə, karyerada peşəkar tükənmə adlı sindrom bir çox uğurlu insanların psixoloji xəstəliyinə çevrilir.
“Medicina”xəbər verir ki, psixoloq Şerri Benton bu barədə xəbərdar edərək, işlə bağlı stress və yorğunluğun patoloji xəttini keçdiyini göstərən əlamətlərə ciddi yanaşmağa çağırır.
Heç vaxt gözardı edilməməli olan bu vəziyyətin əsas simptomları arasında yuxusuzluq və tibbi səbəblərlə izah edilə bilməyən daimi fiziki tükənmə hissi var. İdeal olaraq, yaxşı görülən bir iş sizə enerji verməli və günün sonunda məmnunluq, razılıq, xoş yorğunluq hissi verməlidir.
Peşəkar tükənmişlik baş ağrıları, iştahsızlıq, həzm problemləri, artan əsəbilik, narahatlıq, depressiya və diqqəti cəmləməkdə çətinliklə də özünü göstərə bilər.
İş yerində tükənmənin səbəbləri işin pis təşkili, kadr çatışmazlığı və daimi iş vaxtından çox qalmaq ola bilər. Əhəmiyyətli olan, etməli olduğunuz işin əhəmiyyətinin olmaması, işinizlə qürurlanacaq bir yön olmamasıdır. Peşəkar tükənməyə aparan digər yol mükəmməllikdir.
Qarşıya qoyulan məqsədlərə tez çatmamaq mənəvi və fiziki tənəzzülə gətirib çıxarır.
Benton peşəkar tükənmə prosesini belə təsvir edir: “İşinizə diqqət yetirmək qabiliyyətiniz azalır, hər yeni tapşırıq sizin üçün çətinləşir, yaddaşınız pisləşir və siz bir işçi kimi daha az effektiv və bacarıqlı olursunuz”. Bu vəziyyətdən çıxış yolu və iş və şəxsi həyat arasında lazımi tarazlığa nail olmaq üçün Benton aşağıdakıları təklif edir:
ailə və dostlarla mümkün qədər çox vaxt keçirin və ya onu heç bir şəkildə işlə bağlı olmayan hansısa hobbiyə həsr edin. Eləcə də vaxtında məznuyyət götürün.
Belə kadrlar ildə 2 dəfə uzunmüddətli – minimum 14 gün işdən tam kənar istirahət etməlidir.
Aygün Musayeva