Rusiyalı mütəxəssislər bildirir ki, rusların üçdə birinin sağlamlıq problemləri iş və xroniki streslə əlaqədardır.
Dünyada aparılan çoxsaylı elmi araşdırmalar sübut edib ki, işdə yüklənmə, yorulma, gərginlik və xroniki stress orqamiznin sistemlərinin işini real olaraq ciddi pozur.
Məsələn, isveç alimləri sübut edib ki, işdə hər gün stress yaşayanların beynində yaddaş mərkəzi hiplokampın ölçüsü azalır.
Medicina.az xəbər verir ki, işlə bağlı stress hippokampda stress hormonlarının yığılmasına səbəb olur. Nəticədə beyində iltihabi proses başlayır, neyronlar ölür, insult, demensiya, alsgeymer xəstəlikləri yaranır.
Hətta sonradan istirahət və işdə gərginliyin azalması bu prosesləri bərpa etmir, geri dönüş olmur. Bunu laboratoriya siçanları üzərində aparılan təcrübələr də göstərib.
Belə ki, siçanlar üzərində aparılan stress testləri bitdikdən 3 ay sonra belə heyvanlarda baş vermiş dəyişikliklər bərpa olmurdu.
İşdə yorğunluq, gərginlik və stress ürək, damar sistemini də çökdürür. Bunu Amerika və İsrail kardioloqları bildirib.
Emosional yanma sindromu insanlarda aritmiyanı 20% artırır. Ürək əzələlərində iltihab başlayır, stress hormonu kortizolun çoxluğu ürək ritmini pozur və sonradan aylarla istirahət artıq bu pozulmanı düzəltmir.
Stress hormonu olan kortizolun hər gün normadan artıq qana sıçraması piylənmə, diabet və metobolik pozulmaların əsasını qoyur.