Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“İşçini zəhərləyən” rəhbərlə necə davranmalı?

  • 2023.05.12 17:53
  • 2115 Baxış
“İşçini zəhərləyən”  rəhbərlə necə davranmalı?
Toksik ( zəhərli) rəhbərlər iş yerində elə bir şərait yaradırlar ki, nəinki həyatı zəhərləyir, həm də normal işə mane olur.

Onun tabeliyində olanlar isə bütün gücləri ilə onunla razılaşmağa, xarakter və sərt münasibətinə dözməyə məcbur olurlar.

“Medicina” belə rəhbərlərin psixoloji portretini təqdim edir.

Onlar ilk tanışlıqda xarizmatik və cazibədar olurlar. Ancaq bir müddət sonra gülərüz maskası uçur.

Bəzən belə insanlar narsist olur. Özlərinə həddən artıq aşiqdir, inanır, güvənir. Daima “mən.. mən... sən heç kimsən” deyərək, ətrafdakıları təzyiq altında saxlayır. Məqsədlərinə çatmaq üçün intriqalar və qalmaqallara üstünlük verirlər.


Onlar ona görə təhlükəlidir ki, o, peşəkarcasına, bəzən gizli şəkildə dözülməz iş mühiti yaradır, tabeliyində olanları daimi stress və mənəvi təzyiq mühitinə salır k, bu da insanların psixoloji durumunuzu korlayır və ofisdən kənar şəxsi həyatına təsir edir.

Amma ən dəhşətli xarakterə malik rəhbər belə, sonucda insandır. Onu izləyin: necə danışır, nəyə ən aqressiv reaksiya verir, hansı vərdişləri var. Psixoloji araşdırma və müşahidə ona düzgün yanaşmağa və davranmağa kömək edəcək.
Toksik rəhbərlərin əsas silahı – emosiyalardır. Çalışmaq lazımdır ki, belə rəhbər emosiyalarınıza təsir etməsin. Bəzən görməməzlik və eşitməməmzlikdən gəlməniz daha yaxşıdır. Emosiyaları idarə etsəniz, o hansı sözün, davranışın sizə necə təsir etdiyini bilməyəcək.

Peşəkar, rəsmi ünsiyyət rəhbərinizin anlaya biləcəyi yeganə dildir. Rəqəmlər, qrafiklər, analitika - bu sizin daimi ünsiyyət alətləriniz olmalıdır.

Amma belə insanla işləyib və ya işləməmək seçimi həmişə sizdədir.

Günay Quluzadə