Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı rəqəmlərə görə, dünyada hər 9 uşadan biri eşitmə və danışma qabiliyyətindən məhrumudur. Bu cür uşaqlar xeyli problemlərlə üzləşir. Danışma və eşitmə əngəlli insanlar ilk növbədə normal insanlarla ünsiyyət qurmaqda, normal iş yerləri tapmaqda, ailə həyatı qurmaqda əziyyət çəkirlər. Bununla yanaşı dərketmə fəaliyyətləri inkişaf etmir.
BakuPost.az xəbər verir ki, ölkəmizdə də eşitmə və danışma qabilliyətini itirmiş xeyli sayda insan var.
2011-ci ilin statiskasına görə, Azərbaycanda 9 milyon insandan 480 mini əngəllidir, bu sayın 56 mini isə uşaqların payına düşür.
Azərbaycanda hər 1000 doğulan uşaqdan biri, ya hər ikisi eşitmə əngəlli olur. İldə ölkəmizdə təxminən 150-200 min doğuş qeydə alınır. Bu isə o deməkdir ki, hər il təxminən 200 uşaq eşitmə qüsuru ilə anadan olur. Əslində bu, böyük rəqəmdir. Lakin zamanında müdaxilə edilsə, xəstəliyin müalicə olunması mümkündür.
BakuPost.az-ın əməkdaşı eşitmə və danışma əngəlli uşaqlarla bağlı reportaj hazırlayıb. Həmin reportajı təqdim edirik: