Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İsa Qəmbər müayinə üçün Türkiyəyə getdi

  • 2018.02.28 11:32
  • 13045 Baxış
İsa Qəmbər müayinə üçün Türkiyəyə getdi
İsa Qəmbər xəstəxanadan evə buraxılıb.


Medicina.az-ın məlumatına görə, bir neçə gündür, Mərkəzi Klinik Xəstəxanada müayinə və müalicə olunan İ. Qəmbər bu gün xəstəxanadan çıxıb.


Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı APA-ya bildirib ki, İ. Qəmbər daha dərindən müayinə olunmaq üçün artıq Türkiyənin paytaxtı Ankara şəhərinə yola düşüb.


Onun özünü yaxşı hiss etdiyi bildirilir.


Qeyd edək ki, Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq sədri İ. Qəmbər bu il yanvar ayının əvvəllərində xəstəxanaya yerləşdirilmiş, ürəyinə bir neçə stent qoyulmuşdu.


Bir neçə gün əvvəl isə o, yenidən Mərkəzi Klinik Xəstəxanasına müraciət etmişdi.