Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İrsi olaraq insana bir neçə növ xərçəng ötürülə bilər – Onkoloq

  • 2023.08.18 20:36
  • 2381 Baxış
İrsi olaraq insana bir neçə növ xərçəng ötürülə bilər  – Onkoloq

Müxtəlif növ xərçəng şişləri bir insanda eyni vaxtda ola bilər. Bu o deməkdir ki, irsi olaraq bir neçə xərçəng ötürülür.


“Medicina” xəbər verir ki, onkoloq Pavel Koposov eyni vaxtda bir neçə xərçəngə tutulaq mümkündür və belə xəstələr heç də nadir halda olmur.


Adətən şişlər müəyyən illər ərzində baş verir, buna metaxron çoxsaylı xərçəng deyilir.


“Məsələ, bir qadında süd vəzi xərçəngi olub, əməliyyat, müalicə, remissiya olur, 10 il sonra ağciyər xərçəngi başlayıb. Bu metastaz yox, başqa xərçəngdir. Kişidə prostat xərçəngi olur, 10 il sonra qaraciyər xərçəngi aşkarlanıb.


Eləcə də eyni vaxtda sinxron çoxsaylı xəstələnmə mümkündür, bu zaman bədxassəli şişlərə müxtəlif orqanlarda rast gəlinir. Nəyə görə belə baş verir, bu tibbə məlum deyil, amma alimlər bunun irsi olduğunu və bir insanda bir neçə növ xəstəliyin genlərinin olması ilə əlaqələndirir.

Ən çox yayılmış genetik mutasiya süd vəzi və yumuralıq xərçəngidir- bunlar 2 gen BRCA1və BRCA2 ilə ötürülür. Çox zaman bunlar sinxron şəkildə baş qaldırır.

Orqanizmdə bir orqanda şişin yaranması ikincinin də olması riskini artırır, bu zaman arada fasilə ola bilər.


Yəni bir xərçəng xəstəsində ömrünün sonuna kimi 2-3 dəfə fərqli növ şişlər aşkarlana bilər. Bunun bir səbəbi də xərçəng müalicəsi, orqanizmin kimya və şüa terapiyasına məruz qalmasıdır”.

Aygün Musayeva