Mütəxəssislərdünyada havanın çirklənməsinin artacağı
təqdirdə , 1952-ci ildə Londonda 12000 insanın ölməsi ilə nəticələnən faciənin yenidən yaşanacağını proqnozlaşdırıb.
Medicina.azxəbər verir ki, İstanbul Texniki Universiteti (İTÜ) müəllimim Dr. Hüseyin Toros və iqlim fəalı Patricia
Mallam, dünyada təsirini artıran havanın çirkliliyi ilə əlaqədar yeni açıqlamalar verib.
Toros,
lazımi tədbirlər görülməsə, Londonda minlərlə insanın, əsasən də uşaqların və
qocaların ölümünə səbəb olan ölümcül hava çirklənməsinin gələcəkdə böyük şəhərlərin
də taleyi ola biləcəyini söyləyib. Ötən əsrdə
havanın keyfiyyətinin aşağı düşməsini xatırladan
Toros, "planlaşdırılmamış şəhərləşmə, sənayeləşmə, qalıcı yanacaqlı nəqliyyat
vasitələrinin sayının artması və keyfiyyətsiz yanacaq istifadəsinin, xüsusilə
qışda hava çirkliliyinə səbəb olduğunu bildirib.
"Hər il
7 milyon insan hava kirliliyi səbəbindən ölür”
Toros,
havanın çirkliliyini insan fəaliyyəti və təbii hadisələr nəticəsində atmosferə
atılan çirkləndiricilər səbəbiylə havadakı zərərli maddələrin artması olaraq təyin
edib.Çirklənmə
canlıların həyatına mənfi təsir göstərən və iqtisadi itkilərə səbəb olan ciddi
bir problem olduğunu söyləyən Toros, çirklənmənin fiziki ziyanlarının olduğunu
söyləyib. Belə ki, hər 10 insan dan 9-u
kirli hava ilə tənəffüs alır.
Hava
çirkliliyinin insanlarla yanaşı digər
canlılara da zərər verdiyini vurğulayan Toros, təxminən bir milyona yaxın
heyvan və bitkinin məhv olmaq təhlükəsi altında olduğunu qeyd edib.
Tədbir
görülməsə ekosistemlər çökəcək!
İqlim dəyişikliyi
ilə havanın çirklənməsi arasındakı əlaqəni qeyd edən Mallam, maddələrin qlobal
istiləşməyə böyük təsir etdiyini vurğuladı.
Mallam,
hava çirkliliyinin quraqlıq və daşqın kimi təbii fəlakətlərin tezliyini və
gücünü artırdığını, canlıların növlərin çoxalmasının qarşısını aldığını və
epidemiyalara səbəb olduğunu vurğulayıb. Onun sözlərinə görə, karbon
tullantılarını azaltmaq üçün ölkələr dərhal heç bir tədbir görməsə, bütün
ekosistemlər çökə bilər.
O həmçinin,
hökumətlərin qalıcı yanacaq sənayesinə verdiyi bütün dəstəyi dərhal dayandırmalı
olduğunu və hamı üçün 100 faiz bərpa olunan enerjiyə bərabər şəkildə keçmə qərarı
almalı verməli olduqlarını vurğulayıb. Mallam səlahiyyətli şəxslərə "Bütün yeni kömür, neft və qaz layihələrini
dayandırın” çağırışını edib.