Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Çirkli hava əqli xəstəliklərə təkan verir - ALİMLƏRİN ŞOK ARAŞDIRMASI

  • 2019.08.24 14:39
  • 4666 Baxış
Çirkli hava əqli xəstəliklərə təkan verir  - ALİMLƏRİN ŞOK ARAŞDIRMASI
 

 Uşaqlıq dövründə çirkli havaya məruz qalmaq, Bipolyar pozuntu, şizofreniya kimi xəstəliklərə təkan verir. Bu qənaətə  ABŞ və Danimarkalı elm adamları uzun müddət davam edən araşdırmadan sonra gəliblər. Çikaqo universitetinin alimləri 151 milyon ABŞ-lı 1,4 milyon Danirmarkalı həmkarları ilə birgə bu qərarı veriblər.

 

Medicina.az xarici mətbuata istinadən xəbər verir ki, əqli şikayətlər daha çox olduğu yerlərdə, havanın çirkliliyi yoxlanılıb. ABŞ-da havanın təmizlik səviyyəsi aşağı olan yerlərdə Bipolyar pozuntunun səviyyəsinin çox olduğunu təsdiqləyiblər. Belə ki, təmiz hava olan yerlərdən nisbətdə depressiyanın 6%, bipolyar pozuntunun isə 27% çox olduğu müşahidə edilib.

 

 

 Bipolyar pozuntu —  Emosiyaların iki əks qütblü dəyişiklikləri ilə səciyyələnən xəstəlikdir. Ümumiyyətlə, əhvali-ruhiyyənin dəyişməsi sağlam insan üçün də təbii hesab olunur. Bipolyar pozuntudan əziyyət çəkən insanlarda emosional dəyişikliklər özünü çox güclü şəkildə büruzə verir və maniakal, yaxud depressiv vəziyyətlərə çatır. Bir qayda olaraq, bipolyar pozuntu zamanı insan emosiyalarının "kənar qütblərində" uzun müddət qalır. Deyə bilərsiz ki, hər insanda bu hal dəyişimi görmək mümkündür.

 

Yəniki elə anlarımız olur eyni bir mövzuya müsbət, daha sonra isə həmin mövzu bizə cəlbedici gəlməyə bilər və tamamilə əks mövqedən yanaşa bilərik. Bəzən daha enerjili bəzənsə yaşadığımız həyatın mənasız olduğu düşüncəsinə də qapıla bilərik. Ancaq bu xəstəlikdən əziyyət çəkən insanlarda emosianal dəyişimi çox güclü şəkildə görmək mümkündür. Hətta bu insanın maniakal depressiv vəziyyətə də çatdıra bilir. Bu xəstəliyə əvvəllər "maniakal depressiv pozuntu”da deyilirdi.

 

Əslində bu xəstəlik həm çox ciddi həm də üstünə tez bir zamanda düşülərsə və düzgün müalicə nəticəsində uzaqlaşdırılması mümkün xəstəlikdir. Təbiki yenidən təkrarlana bilər. Ancaq düzgün müalicə vasitəsilə nəzarət altına alına bilər və idarə olunması mümkün xəstəlikdir. Ancaq vaxtında müdaxilə olunmassa ağır depressiya ilə nəticələnər və bu xasiyyət dəyişimi aylarla özünü göstərə bilər. Ona görə də bir o qədər də təhlükəli xəstəlik olaraq görülür.

 

 

 
Danimarkada 1979-2002-ci illərdə doğulan 1,4 milyon insanın sağlamlıq haqqında məlumatları araşdırıldı. Burada da faiz nisbəti ABŞ-da olduğu kimi nəzərə çarpıb. Təmiz hava olan yerlərdə insanlar sağlam, çirkli hava olan əraizlərdə yaşayanlarda isə daha deprresiv və nevroloji problemlər çoxdur.
"İqtisadi və sosial baxımdan baha başa gələn nevroloji və psixiatrik xəstəliklər fiziki mühitlə əlaqəlidir”.- Deyə araşdırmaçı qrupun başçısı deyib.

 

Ayna Məmmədova Medicina.az

Çirkli hava əqli xəstəliklərə təkan verir  - ALİMLƏRİN ŞOK ARAŞDIRMASI
Çirkli hava əqli xəstəliklərə təkan verir  - ALİMLƏRİN ŞOK ARAŞDIRMASI
Çirkli hava əqli xəstəliklərə təkan verir  - ALİMLƏRİN ŞOK ARAŞDIRMASI
Çirkli hava əqli xəstəliklərə təkan verir  - ALİMLƏRİN ŞOK ARAŞDIRMASI
Çirkli hava əqli xəstəliklərə təkan verir  - ALİMLƏRİN ŞOK ARAŞDIRMASI