Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İranlılar koronavirusa görə spirtli içki qəbul edib zəhərləndilər

  • 2020.03.12 17:19
  • 3267 Baxış
İranlılar koronavirusa görə spirtli içki qəbul edib zəhərləndilər


Onlarla İran vətəndaşı koronavirus qorxusundan spirtli içki içərək zəhərlənib.

Medicina.az xəbər verir ki, Kerec şəhərinin baş prokuror müavini Mohammad Ağayari bildirib ki, son 1 həftə ərzində 40 iranlı spirtli içki zəhərlənməsi səbəbindən ölüb.

Məsələ ilə bağlı istintaq tədbirləri zamanı 3 nəfər tutulub. Onlardan 4000 litr kontrafakt alkoqol aşkarlanıb.

Prokuror bildirib ki, bu içki insanlara koronavirusdan dərman kimi təqdim edilib və səhvən içiblər.

Ümumilikdə mart ayında 250 nəfər iranlı alkoqoldan zəhərlənib.

İranda şəriət normalarına görə alkoqol qəbulu yasaqlanıb.
.