İranın Yəməndəki səfiri Həsən İrlou COVID-19-dan ölüb.
Medicina.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, ötən həftə iranlı diplomatın COVID-19 testi müsbət çıxıb. "İrlou işgüzar səfəri zamanı koronavirusa yoluxub və bəzi ölkələrin gecikmiş əməkdaşlığı səbəbindən təəssüf ki, o ölkəyə ağır vəziyyətdə gətirilib. Baxmayaraq ki, onun müalicəsi üçün bütün tədbirlər görülüb lakin o, bu gün səhər saatlarında dünyasını dəyişib", - deyə İran XİN bildirib.
Qeyd edək ki, dekabrın 19-da İran mediası Səna şəhərində diplomatik missiyasını yerinə yetirən səfirin Səudiyyə Ərəbistanının razılığı ilə təxliyə olunduğunu yazıb.