İranlı həkimlər Azərbaycanda xəstələrin pulsuz müayinəsini aparacaq.
Medicina.az xəbər verir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İran İslam Respublikasının Səhiyyə Nazirliyi arasında bağlanan Memoranduma əsasən iranlı həkimlər Azərbaycanda özəl tibbi şirkətləri ilə razılıq əsasında pulsuz xəstə müayinəsi apara bilərlər.
"Majid Medical Health Tourism" MMC olaraq, "Loğmed" klinikasında ayın 10-da saat 10:00-13:00 arasında iranlı professor Tohid Hasımzadeh (beyin cərrahı olaraq həm bel, boyun, baş ağrılarından əziyyət çəkənlərə), professor Şəhram Şirani (plastik, estetik cərrahiyə, burun, üz, döş və qarın plastikası) və professor Alireza Rostami (ürək-damar cərrahiyyəsi və xəstəlikləri) pulsuz xəstə qəbulu təşkil edəcək.
Bu mütəxəssislərdən pulsuz məsləhət almaq istəyənlər aşağıdakı telefon nömrələri vasitəsi ilə (012) 4217733, 4215393 müraciət edə bilərlər.