İran koronavirusun sürətlə yayıldığı ölkələrdən biridir. Son göstəricilərə görə, 1501 nəfərin yeni koronavirusa yoluxması, 66 nəfərin ölməsi və 291 nəfərin sağalması rəsmi şəkildə təsdiqlənib.
Medicina.az xəbər verir ki, virus rəsmi şəxslərdən də yan keçməyib. Belə ki, İran parlamentinin 23 deputatı koronavirusa yoluxub. Bu barədə İran parlamentinin sədr müavini bildirib. O qeyd edib ki, 23 deputatın koronavirusa yoluxması təsdiqlənib.
Xatırladaq ki, İran Prezidentinin qadın və ailə məsələləri üzrə müavini Məsumə İbtikar, İran Səhiyyə nazirinin müavini İrəc Hərirçi də koronavirusa yoluxublar.