İran parlamentinin Tehrandan olan deputatı Qulamrza Heydəri ölkədə koronavirusun yayılması ilə bağlı hakimiyyəti sərt tənqid edib.
Medicina.az xəbər verir ki, bu barədə “Etemadonline” saytı yazıb.
Parlamentdə çıxışı zamanı Heydəri Tehran hökumətinin koronavirusla bağlı xalqa yalan söylədiyini bildirib:
“Bəzi hadisələrdə xalqa yalan söylədik. Yeni tip koronavirusun yayılması ilə bağlı həqiqətlər daha gec açıqlandı. Bu vəziyyət inamsızlığı artırdı. Qum şəhərində lazımi tədbirlər görülmədi. Bu işə görə məsuliyyət daşıyanlar məhkəmə qarşısına çıxarılmalıdır”.
Qeyd edək ki, bu günə qədər İranda 237 nəfər koronavirusdan ölüb.