İran parlamentinin üzvü, ixtisasca həkim olan Zöhrə İlahian Koronavirusdan sağalıb.
O, artıq müalicə olunduğu xəstəxanadan evə buraxılıb. İranın rəsmi televiziya kanalına görüntülü açıqlama verərkən bu barədə danışan xanım İlahian virusdan qorunmaq üçün məsləhətlər də verib.
O bildirib ki, məcbur qalmadıqca səyahət etmək olmaz. Əlləri tez-tez yumaq lazımdır. Üzə əllə toxunmaq olmaz.Lazimi tədbirlər görülərsə, virusdan qorxmaq lazım deyil.
Qeyd edək ki, Z.İlahianın “Covid19”-la bağlı verdiyi testin nəticəsinin müsbət çıxdığı haqqında onun müşaviri Mustafa Feyli məlumat vermişdi.