Çoxsaylı plastik əməliyyatlarla özünü Ancelina Coliyə bənzədən iranlı Sahar Tabar etiraf edib ki, məşhur aktrisaya oxşamaq üçün texnologiya və makiyajdan istifadə edib.
Medicina.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Scopes nəşri məlumat yayıb. Yazıda qeyd olunur ki, gənc qızın noyabrın 28-də Instagram hesabında yerləşdirdiyi paylaşımda bildirilir ki, onun xarici görünüşü yalnız cərrahi əməliyyatlarıın nəticəsi deyil.
"Salam əziz izləyicilərim. Sizin araşdırdığınız və mənim xoşlamadığım o foto barədə danışmaq istəyirəm. Qeyd edim ki, xarici saytların yazdığı kimi, 50 deyil, daha az əməliyyat keçirmişəm. Onlar elə bil 18-ci əsrdə yaşayırlar. Texnologiya və makiyaj barədə heç nə bilmirlər”, - qızın sözlərini "Scopes” nəşri sitat gətirir.
Bildirilir ki, hazırda paylaşım silinib. Tabar öz Instagram hesabını kənar şəxslər üçün bağlayıb və onun izləyicilərinin sayı 300 mindən 73 minə qədə azalıb.