İranın Səhiyyə naziri Səid Nemeki, mayın sonuna qədər ölkədə yeni növ koronavirusun (COVID-19) yayılmasını nəzarətdə saxlamağı hədəflədiklərini söyləyib.
Medicina.az xəbər verir ki, Nemeki, “İnşallah may ayının sonuna qədər COVID-19-u nəzarət altına alacağıq” deyə bildirib.
Virusa nəzarət etmək üçün sosial məsafənin və təcrid olunmağın vacibliyinə diqqət çəkən Nemeki, “Epidemiyanın uzun müddət davam etməsi iqtisadiyyata zərər verir. Sağlamlıq tədbirləri çərçivəsində alınan qərarların iqtisadiyyatı pozmayacaq qərarlar olduğuna diqqət edirik” deyə qeyd edib.