İranın birinci vitse-prezidenti İsaq Cahangiri də koronavirusa yoluxub.
BakuPost xarici mediaya istinadən xəbər verir ki, Cahangiri və ailəsi evdə karantin altındadır.
Xatırladaq ki, İranın 1 naziri, 1 sabiq naziri, 1 nazir müavini, vitse-prezidenti və 23 deputatı da koronavirusa yoluxub.