“Əgər biz İrandan ölkəmizə gələn vətəndaşları saxlamasaq, onlar ailələri üçün də təhlükə mənbəyi olacaqlar”.
Medicina.az xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabinetinin yanında operativ qərargahın brifinqində deyib:
“İran-Azərbaycan sərhədinin bağlanması bizim səlahiyyətimizdə deyil. Ancaq çalışırıq ki, insanlar sıx toplanmasın. Vətəndaşlaımız İrana gediş-gəlişi azaldaraq bizə də, özlərinə də kömək edə bilərlər”