Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İrandan gələn gürcüstanlı koronavirusa yoluxub

  • 2020.02.29 14:25
  • 1893 Baxış
İrandan gələn gürcüstanlı   koronavirusa yoluxub

Gürcüstanda koronavirusa üçüncü yoluxma halı qeydə alınıb.

Medicina.az xəbər verir ki, bunu ölkənin Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze deyib.

O bildirib ki, həmin şəxs ötən gün İrandan gəlmiş Gürcüstan vətəndaşıdır. O, yoluxma aşkar edildikdən sonra dərhal xəstəxanaya yerləşdirilib.

A.Qamkrelidze əlavə edib ki, koronavirusa yoluxan hər üç şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirilir, onların müalicələri davam etdirilir.