Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İrandan Azərbaycana quş qripi gələ bilər - Qadağa tətbiq edildi

  • 2018.12.14 14:13
  • 6249 Baxış
İrandan Azərbaycana quş qripi gələ bilər -  Qadağa tətbiq edildi
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisinə başqa dövlətlərdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədi ilə əhaliyə xəbərdarlıq edib.


AQTA-dan Medicina.az-a verilən məlumata görə, xəbərdarlıqda Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən İranın Tehran, Təbriz, Ərdəbil, Urmiya vilayətlərində ev quşları arasında yüksək patogenli quş qripi xəstəliyinin yayılmasının müəyyən edildiyi bildirilib.


Qeyd olunub ki, bununla əlaqədar İranın Tehran, Təbriz, Ərdəbil, Urmiya vilayətlərindən diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb.


Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi üçün AQTA tərəfindən İran İslam Respublikasının Tehran, Təbriz, Ərdəbil, Urmiya vilayətlərindən gələn və ya həmin ərazidən tranzit keçən nəqliyyat vasitələrinin gömrük keçid məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı Azərbaycanın Dövlət Gömrük Komitəsinə aidiyyəti üzrə müraciət olunub.