İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 212 nəfər vəfat edib.
Bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 53 095 nəfərə çatıb. İranda son sutka ərzində koronavirusa 7 453 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 1 138 530 nəfərə çatıb.
İndiyədək xəstəlikdən 856 513 nəfər sağalıb.
Hazırda virus daşıyıcısı olan xəstələrdən 5645 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.