İranın Sistan-Bəlucistan vilayətində son dörd gündə toz fırtınası səbəbindən xəstəxanaya yerləşdirilənlərin sayı 1632-yə çatıb, 3 nəfər isə həyatını itirib.
Medicina.az bildirir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Bildirilib ki, Sistan-Bəlucistan vilayətinin 5 şəhərində bütün məktəblər, idarələr və banklar bağlanıb.
Xüsusilə ürək və tənəffüs xəstəlikləri olanların çölə çıxmaması tövsiyə edilib.