İranda son bir sutkada 1234 nəfər yeni koronaviruslu xəstə aşkarlanıb. Beləliklə, bu ölkədə infeksiyaya tutulmuş insanların cəmi 4747 nəfər oldu.
İran Səhiyyə rəsmisi bu qədər xəstə insanın aşkarlanmasının səbəbini infeksiyanın daha tez və asan təyin olunması
imkanlarının çoxalmasında görür. Məntəqələrin sayı çoxalıb və vətəndaşlar gəlib analiz verirlər.
İranda koronavirusdan ölənlərin sayı 125-ə çatdı.