İranda saxta içkidən 21 nəfər ölüb.
Medicina.az xəbər verir ki, hadisə Mazandaran vilayətində baş verib.
Qeyd olunub ki, 284 nəfər metil spirti qəbul etdiyindən zəhərlənmə əlamətləri ilə xəstəxanaya müraciət edib.
Mazandaran Ədli Tibb Baş direktoru Əli Abbasi vilayətdə 21 nəfərin metil spirtinin səbəb olduğu ağır zəhərlənmə nəticəsində öldüyünü bildirib.
Ölənlərdən 18-i kişi, 3-ü qadındır. Ölənlərdən başqa, 4-ü görmə qabiliyyətini itirib, 81-i isə böyrək çatışmazlığı səbəbindən dializdən keçib.
Abbasi, metil spirtinin korluğa, böyrək çatışmazlığına və ölümə səbəb olduğunu bildirib.
Alkoqolun qadağan olunduğu İranda daha ucuz olduğu üçün bəzən qaçaqmalçılıq yolu ilə gətirilən içkilərdə etil spirti əvəzinə metil spirtinin istifadə edildiyi və bunun ölüm və görmə itkisinə səbəb ola biləcək zəhərlənmələrə səbəb olduğu bildirilir.