Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İranda saxta araqdan kütləvi zəhərlənmə

  • 2022.06.21 14:12
  • 2148 Baxış
İranda saxta araqdan kütləvi zəhərlənmə
İranın Ərdəbil vilayətinin Meşkinşəhr şəhərində saxta spirtli içkidən 19 nəfər zəhərlənib və bir nəfər ölüb.

“Azad İran” “Telegram” kanalı xəbər verir ki, bu barədə məlumatı Böhran İdarəetmə və Təcili Tibbi Yardım Mərkəzinin müdiri Məcid Məhəmmədqəribani açıqlayıb.

Onun sözlərinə görə, həmin şəxslər doğum günü məclisində saxta içki içərək zəhərləniblər.

Zəhərlənənlər arasından bir nəfərin hazırda komada olduğu və vəziyyətinin ağır qiymətləndirildiyi bildirilib.

Xatırladaq ki, İranda spirtli içkilərin satışı qanunla qadağandır. Buna görə də bəzi ölkə vətəndaşları zirzəmilərdə gizli şəraitdə spirtli içki hazırlayaraq satırlar ki, bu da bir çox hallarda insanların zəhərlənməsi və ölməsi ilə nəticələnir.