İranda koronavirusdan ölənlərin sayı 55 nəfərə çatıb.
Medicina.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kiyanuş Cahanpurun açıqlamasında bildirib.
Açıqlamada bildirilir ki, koronavirusdan ölənlərin sayı 55-ə çatıb. K.Cahanpur qeyd edib ki, ölkədə 987 nəfər isə virusa yoluxub.
Xatırladaq ki, İranda koronavirusdan ilk ölüm faktı fevralın 19-da qeyd edilib.