İranda koronavirusun yayılması səbəbindən bir sıra rayonlarda, o cümlədən Qum əyalətində məktəblər bağlanıb. Buna səbəb ölümcül virusun yayılmasının qarşısını almaqdır.
Qum əyalətinin hökumətinin qərarına əsasən, burada məktəb və universitetlər iki gün (bazar günü və bazar ertəsi) bağlı olacaq. Ölkənin Mərkəzi əyalətində isə təhsil müəssisələri bir həftə fəaliyyət göstərməyəcək.
“IRIB” dövlət teleradio kompaniyası Gilan əyalətində məktəblərin çərşənbə gününədək, Gülüstan əyalətində isə bazar günü və bazar ertəsi bağlı olacağını barədə xəbər verib.
İranın Mədəniyyət nazirliyi də fevralın 28-dək ölkədəki bütün mədəni proqramların təxirə salındığını açıqlayıb.
Qeyd edək ki, bu günədək İranda 28 nəfər koronavirusa yoluxub. Onlardan beşi dünyasını dəyişib.