İran hökumətinin qərarına əsasən, bu gündən etibarən ölkədə şəhərlərarası magistral yollarda hərəkət bərpa edilib, həmçinin, ticarət mərkəzləri və mağazalar açılıb.
Medicina.az xəbər verir ki, dünyanın ən böyük qapalı bazarı Tehranın “Böyük Bazarı” da fəaliyyətini bərpa edib. Lakin mağazalar saat 18:00-dək fəaliyyət göstərə biləcək.
Restoranların, idman zallarının və digər ictimai müəssisələrin fəaliyyətinə hələlik icazə verilməyib.